Türkiyənin tanınmış müğənnisi Hadise yeni trendlə ayaqlaşmağa çalışıb.

PrimeTime.Az xəbər verir ki, ilin əvvəlli saçlarını tündləşdirən müğənni yeni albomunda qara saçları ilə sevənlərinin qarşısına çıxmışdı.

Daha sonra sənətçi qaşlarını da qalınlaşdırıb. Hadisenin saçından tük götürülərək qaşına əkildiyi bildirilir.

Ötən gün instagramda makiyajsız fotosunu paylaşan müğənninin qaşları izləyicilərin xoşuna gəlməyib. Onlar Hadisenin əvvəlki imicində daha gözəl göründüyünü bildiriblər.