Bu gün səhər saat 10:00-dan etibarən Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) qarşılaşmasının biletləri satışa çıxarılıb.

PrimeTime.Az xəbər verir ki, oyunda iştirak etmək istəyən azarkeşlər səhər saatlarından bilet satış məntəqələrinin qarşısına yığışıb. Yaranmış növbə böyük izdihama səbəb olub.

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" matçı avqustun 15-i saat 20:00-da sbaş tutacaq. 

Sözügedən görüntüləri təqdim edirik: