"Ölmüş qız ilə özünü reklam edənləri görüb lap diksindim".

PrimeTime.Az xəbər verir ki, bunu gənc aktrisa Cəmilə Tağızadə həmkarı Mila Əminənin ölümünə münasibət bildirərkən yazıb.

Aktrisa Milanın ölümünü reklam adlandıranlara sərt sözlər ünvanlayıb:

"Hər kəsdən xahiş edirəm, bilib bilmədən danışmayın və lazımsız informasiya paylaşmayın. Ayıbdır. Bu sosial şəbəkələrə girmirdim ki, yenə əsəbləşəcəm. Elə də oldu. Ölmüş qız ilə özünü reklam edənləri görüb lap diksindim. Bəsdir, ölüyə şərt atıb, arxasıyca danışdınız. Adam olun, ölü ilə özünüzü reklam etməyin.

Mila Türkiyədə klinikada dünyasını dəyişib, beyni ölüb. Həkimlər bunu təsdiqləyib, sadəcə ailəsinin ürəyi gəlmir aparatdan ayırmağa, ürəyi döyünür deyə ümid edirlər, ayılar. Ancaq bu da mümkünsüz bir hadisədir. Anası və ailəsi qızın dərdindən özlərinə gələ bilmirlər. Bəzi iyrənclər, adam olmayanlar özlərini qızla reklam edirlər. Ayıb olsun sizə".