Müğənni Roza Zərgərli "Mambo beach" istirahət mərkəzində "Hər gün" adlı konsert proqramı ilə çıxış edib.

PrimeTime.Az xəbər verir ki, müğənni konsert zamanı bir neçə dəfə libas dəyişib. Konsertdə R.Zərgərlidən başqa Samira Allahverdi, Niyam Salami, reper Elşad Xose və başqaları çıxış edib.

Rozanın konsertinə şou-biznes nümayəndələri də gəlib.

Məlumat üçün bildirək ki, Roza Zərgərli "Hər gün" adlı klipini də təqdim edib. Klipin rejissoru Nail Naiboğludur.