"Yeşilçam" filmlərinin məşhur simalarından aktrisa Selma Güner ağır xəstəliyə düçar olub.

PrimeTime.Az xəbər verir ki, aktrisa xərçəng xəstəliyinə tutulub. Aktrisanın keçmiş həyat yoldaşı Yusuf Sezgin bu çətin gündə onu tək qoymayıb.

66 yaşlı aktrisa müalicə olunmağa başlayıb.