İtaliyanın "Viareggio" şəhərinin meri qısa şortiklə getdiyi restorandan qovulub.

PrimeTime.Az xəbər verir ki, şəhər meri Giorgio Del Ghingaronun restorandan qovulma səbəbi daxili qaydalara uyğun olmayan geyimi olub.

İki ildir şəhər meri olan Ghingaro qarşılaşdığı hadisə barəsində "görəsən, çox pis geyinmişdim?" deyə öz facebook hesabında məlumat paylaşıb.