Türkiyənin "Fənərbağça" klubunun 200 metr məsafəyə qaçışda dünya çempionu olan azərbaycanlı atlet Ramil Quliyevə bir il ərzində xərclədiyi vəsaitin məbləği açıqlanıb.

PrimeTime.Az xəbər verir ki, İstanbul təmsilçisi hər il Türkiyə yığmasının 25 yaşlı sprinteri üçün 700 min lirə (340 min manat) sərf edir.

Bunun müqabilində klubun atletikadan gələn illik gəliri 129 min lirədir (63 min manat).

Qeyd edək ki, R.Quliyev 2011-ci ilin aprelində Türkiyə vətəndaşlığını qəbul edib. O, avqustun 10-da Londonda 20,09 saniyə göstərici ilə 200 metr məsafəyə qaçışda dünya çempionu olub.

//report