"Cinemazadeh" studiyası tərəfindən çəkilən "Kəklikotu" komediya filminin son çəkiliş günü aktyor Fərda Aminin 38-ci ad gününə təsadüf edib.

PrimeTime.Az xəbər verir ki, çəkiliş komandası yumor ustasının doğum günü münasibəti ilə ona sürpriz hazırlayıb. Çəkiliş meydançasına tort gətirən komanda onu diqqətsiz qoymayıb.

Qeyd edək ki, baş rollarda Müşviq Şahverdiyev, Nigar Camal və İslam Mehrəliyev olmaqla bir çox məşhur aktyorların da çəkildiyi "Kəklikotu" filmi Oktyabr ayından etibarən kinoteatrlarda yayımlanacaq.