Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

PrimeTime.Az xəbər verir ki, "Toyota Prado" "Kia" markalı minik avtomobilləri toqquşub. Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Ağır vəziyyətdə olan yaralılar - Yevlax rayon sakinləri, 1997-ci il təvəllüdlü Şəmsi Qabil oğlu Aslanov1997-ci il təvəllüdlü Telman Natiq oğlu Əsgərov Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Digər iki yaralıya isə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.