Ermənistan Xarici İşlər Nazirinin müavini Şavarş Koçaryan Türkiyənin Avrasiya İqtisadi Birliyinə (AEB) üzv olmaq istəyinin absurd olduğunu deyib.

PrimeTime.Az xəbər verir ki, Koçaryan erməni mətbuatına danışıb:

"İlk növbədə, Avrasiya İqtisadi Birliyi müqaviləsi AEB-nin gömrük zonasına qoşulmağı nəzərdə tutmur. Bundan əlavə, Türkiyə ilə AEB arasında yeganə quru sərhədi olan Ermənistan sərhədini birtərəfli olaraq bağlayan Ankaranın AEB-nin gömrük zonasına qoşulmaqdan bəhs etməsi absurddur".