Xəbər verdiyimiz kimi, məşhur ukraynalı müğənni, "Eurovision 2004"ün qalibi Ruslana ötən gündən etibarən paytaxtımızın qonağıdır.

PrimeTime.Az xəbər verir ki, ifaçı Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunda iştirak edib.

Ruslana çıxışı zamanı muğam öyrəndiyini bildirib:

"Mən Bakıya Ukraynanın, "Maydan"ın səsi kimi dəvət olunmuşam. Muğam öyrənməyə başlamışam".

O, Azərbaycan muğamından bir hissə də səsləndirib.

on