Tanınmış rəqqasə və aktrisa Oksana Rəsulova baş rolunda oynadığı "Oskimedia"nın istehsalı olan "Mələyin öpüşü" filmindən yeni fotolar yayımlayıb.

PrimeTime.Az xəbər verir ki, şəkillər izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, filmin qala gecəsi sentyabrın 14-də "Gənclik Mall"dakı "CinemaPlus" kinoteatrında keçiriləcək.

Ekran işində baş rollarda xalq artisti Fuad Poladov, rəqqasə Oksana Rəsulova və reper Elşad Xose çəkiliblər. Filmin ssenari müəllifi Süleyman Süleymanzadə, Əlibəy Məmmədli, Əskər Əli Hacızadədir. İdeya müəllifi Nərgiz Qasımova operatoru isə Elman Əliyevdir.

"Mələyin öpüşün"də eyni zamanda əməkdar artistlər Münəvvər Əliyeva, Şamil Süleymanov, müğənni İlhamə Qasımova və aparıcı Şəhriyar Əbilov da rol alıb.

Filmin ən diqqət çəkən məqamlarından biri keçmiş cütlük Oksana ilə Elşad Xosenin öpüşmə səhnəsi olub.