İtaliyanın Ischia Adasında güclü zələzələ olub.

PrimeTime.Az xəbər verir ki, zəlzələ nəticəsində dağıntı altında qalan bir qadın həyatını itirib.

Çox sayda binanın yerlə yeksan olduğu Ischia Adasında xilas etmə dəstələri dağıntı altında qalanları çıxarmağa çalışır.

Neapoldan bölgəyə sövq edilən briqadalar, itkin düşən üç uşağı hələ də axtarır. Başqa itkilərin da olduğu bildirilir.

Dağıntı altından xilas edilən 25 yaralı isə xəstəxanalara aparılıb.