"Bacanaqlar", "Qardaşlar" və "Qız atası" seriallarının yeni mövsüm təqdimatı baş tutub.

PrimeTime.Az xəbər verir ki, paytaxt məkanlarından birində baş tutan tədbirdə seriallarda rol alan aktyorlar və media nümayəndələri iştirak edib.

Yeni mövsümlə bağlı açıqlama verən serialların baş prodüseri və aktyoru Elməddin Cəfərov ekran işlərində bir sıra dəyişikliklərin olduğunu deyib:

"Yeni mövsümdə dəyişiklər etmişik. Yeni aktyorlar, mövzular və məkanlar əlavə olunub. Demək olar ki, dəyişməyən yalnız serialların adıdır. Bildiyiniz kimi, rejissorumuz da dəyişib. Orxan Ramazanovu dəvət etmişik. Əslində o da bizdən biridir. Amma mənim üçün qaranlıq qalan məqamlar çoxdur".

Qeyd edək ki, baş tutan tədbirdə serialların anonsu da çəkilib.