Əməkdar artist Tünzalə Əliyeva övladından danışıb.

PrimeTime.Az xəbər verir ki, aktrisa indidən qızı üçün sənət seçdiyini bildirib:

"Zəhra daha çox atasına meyillidir. Deyirlər, qız uşağı atasını daha çox sevir. Bəlkə də elə buna görədir. Biz artıq onu hansı sənət sahibi olacağını da seçmişik. İstəyirik ki, qızımız karate ilə məşğul olsun. Hətta Rafael Ağayevlə də danışmışıq. İnşallah, 2 yaşından onu gimnastikaya qoyacağıq. Daha sonra isə Zəhra Rafaelin tələbəsi olacaq.

Onu da deyim ki, uşaq çox sərtdir. Bu idman növünü seçdik ki, daha da sərt olsun".