Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən PrimeTime.Az-a daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında
avqustun 23-də günəşli hava şəraiti gözlənilir.

Şimal-şərq küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 32-37, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27 , Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında

Avqustun 23-də hava şəraitinin yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.