Bir neçə gündür mətbuatda əməkdar artist, ritm ustası Natiq Şirinov haqqında səhv informasiyalar yayılıb.

Sənətkarın "ATV maqazin onlarla" verilişində illər əvvəl səhhətində yaranan problemlərdən danışması bir çox saytlarda yanlış təqdim olunub.

Yaranan anlaşılmazlığı aradan qaldırmaq üçün "Natiq" Ritm qrupunun rəhbəri mətbuata açıqlama göndərərək bildirib ki, 2004-cü ildə 4 dəfə əməliyyat olunub:

"Xırda damarlarda tutulmalar yaranmışdı. Amma bu artıq keçmişdə qalıb. Hazırda səhhətimdə heç bir problem yoxdur. Mütəmadi olaraq da müayinələrdən keçirəm. Bir - birinin ardınca konsertlərimiz olur. Bu yaxınlarda Gürcüstanda One Caucasus festifalında və Soçidə səfərdə olmuşuq. Bu xəbərdən sonra mənə görə narahat olan dəyərli xalqıma minnətdarlığımı bildirirəm. İrəlidə gözəl proyektlər və görəcəyimiz çox işlər var."

Qeyd edək ki, mətbuatda müğənninin damarlarının çürüdüyü və onun bir müddət öncə əməliyyat olunduğu yazılmışdı.