AzərbaycanFransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə "Bakı Beynəlxalq Caz festivalı 2017" olacaq.


Fransa səfirliyindən verilən xəbərə görə, festival Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycandakı Fransız İnstitutunun təşkilatçılığı ilə keçiriləcək.

Festival oktyabrın 25-də "Elektra Events Hall"da baş tutacaq.

Festival çərçivəsində fransız akkordeon ifaçısı Rişar Qalyanonun eksklüziv konserti təşkil olunacaq. İfaçını Yalçın Adıgözəlovun rəhbərliyi altında Bakı Simfonik Orkestrı müşaiət edəcək.

Biletlərin qiyməti 50-400 AZN arası təşkil edir. Biletləri onlayn şəkildə almaq üçün https://iticket.az/ru/categories/jazz-festival linkindən istifadə etmək olar.

\APA