Lənkəranda 2 ədəd mina aşkarlanıb.

 

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, 12 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Lənkəran şəhərində dəniz sahilində 2 ədəd minanın olması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən Lənkəran şəhərində 10 saylı yanalma məntəqəsində dəniz sahilinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 2 ədəd tank əleyhinə (TM-62M) götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb, nəticə etibarilə 2 000 kv.m ərazi yerüstü yoxlanılıb.

Aşkar olunmuş minaların ətrafında 2 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.