Azərbaycanlı tanınmış müğənni Xatunun stilist qardaşı Balaşın övladları dünyaya gəlib.

Əldə etdiyimiz məlumata görə, o bir az öncə əkiz qız atası olub.

Saytımıza açıqlama verən Balaş bu sözləri deyib: "İllərdir bu günü gözləyirəm, şokdayam. Qızlarıma hansı adı qoyacağımla bağı hələ fikirləşməmişəm. Bircə onu bilirəm ki, övlad hissi çox gözəldir".

Qeyd edək ki, 2011-ci ildə Gülnar adlı xanımla ailə həyatı quran tanınmış stilistin övladı yox idi. Onların ailələri ilə bağlı xoş olmayan söz-söhbətlər gəzirdi.

 R. T.