Şəmkirdə avtomobil piyadanı vurub.



Hadisə Bakı-Qazax magistralının Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı avtomobil təxminən 20-25 yaşında olan Mübariz Məmmədov adlı şəxsi vurub.

Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

\APA