Başda müğənni Demet Akalın olmaqla bir neçə türkiyəli məşhura qarşı dələduzluq edən Sedat Doğan Braziliyada saxlanılıb. 

Yerli mətbuatın yazdığına görə, "bomj" görkəmində olan Sedat San-Paulu şəhərində oğurluq edərkən tutulub. Məşhur müğənni Işın Karacanın da keçmiş əri olan bu şəxsin Braziliyada daha bir neçə yerdən oğurluq etdiyi məlum olub. Araşdırma aparılır.

Qeyd edək ki, Demet Akalın bir müddət öncə sosial şəbəkədən bildirmişdi ki, Sedat Doğan onun yaxınından 60 min lirə dəyərində fotoaparat avadanlığı alıb, geri qaytarmayıb.