İspaniyanın "Real" klubunun futbolçusu Marko Asensio maraqlı hadisə ilə gündəmə gəlib.  

Yerli mətbuatın yazdığına görə, 21 yaşlı oyunçu ayaqlarını təraş edərkən kəsib və yara əmələ gəlib. Bu səbəbdən də o hazırda UEFA Çempionlar Liqasının ilk turu çərçivəsində keçiriləcək APOEL-lə ev qarşılaşmasını buraxmalı olub.