Rusiyada pauerlifting üzrə dünya çempionu Andrey Draçyovu döyərək öldürən azərbaycanlı beynəlxalq axtarışa verilib.

Anar Allahverənov barəsində həmçinin qiyabi həbs qərarı verilib. Avqustun 22-də federal axtarışa verilən Xabarovsk diyar sakini A.Allahverənovu hələ ki, yaxalamaq mümkün olmayıb.

Xatırladaq ki, avqustun 20-də qarışıq döyüş növləri ilə (MMA) məşğul olan Anar Allahverənov və pauerlifting üzrə dünya çempionu Andrey Draçyov arasında Xabarovskun "Qalereya" kafesində baş verən mübahisə dava ilə nəticələnib. Ağır kəllə-beyin travması alan A.Draçyov xəstəxanada keçinib, A.Allahverənov isə hadisə yerindən qaçıb.