Bloqqer Aleksandr Lapşin Azərbaycanı tərk edib.

O, bir qədər əvvəl Heydər Əliyev Beynəlxalq hava limanından Bakı-Tel Əviv reysi ilə İsrailə yollanıb. A. Lapşini anası Bella Lapşina müşayiət edib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev senyabrın 11-də Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilib. Onu da əlavə edək ki, A. Lapşin sentyabrın 10-da cəzaçəkmə müəssisəsində intihara cəhd edib.