İyul ayında reper Səid Əliyevlə (Dado) ailə həyatı quran tanınmış müğənni Natavan Həbibi haqqında yayılan hamiləlik xəbərlərinə cavab verib.

İki məclisdə iştirak edən sənətçi izləyiciləri üçün dar libasda şəklini yayımlayıb. Natavanın fotonu paylaşmaqda məqsədi hamilə olmadığını sübut etmək olub:

"Kimlərin ki, qəlbində dəqiqləşdirmək istədiyi, suallar varsa, məncə artıq görünüşümdən aydınlaşar. Müzakirəsini sevmədiyim bu mövzunu yalnış olduğunu yalnız bu cür açıqlaya bilərəm. Xüsusilə bildirmək istəyirəm ki, bu ərəfələrdə mənə hər kəsin xoş niyyət arzuladığını gördüm. Allah hər kəsə arzuladıqlarının iki qatını versin. İnşallah dualarımız Allahın uyğun bildiyi zamanda yerinə yetər".