Almaniyada sığınacaq almaq üçün müraciət edən 8457 Türkiyə vətəndaşından 5040-na rədd cavabı verilib.

Altı mindən çox adam haqqında da deport qərarı çıxarılıb. Almaniyanın miqrasiya xidmətindən bildirilib ki, müraciət edənlərin hər birinin ərizəsi ayrıca yoxlanılıb.

Rədd edilməsinin səbəbi kimi müraciətlərdə qeyd olunanların əsassız və yetərsiz olduğu bildirilib.

Türkiyə vətəndaşları isə Almaniyanın bu davranışını qeyri-demokratik adlandırıblar. Onlar Alman hökümətinin Türkiyədəki siyasi vəziyyətdən ya xəbərsiz olduqlarını, ya da bilə-bilə göz yumduqlarını deyib.