Məşhur türkiyəli aparıcı Zuhal Topal proqramındakı bəy namizədi Birkan Keyin fahişə qalmaqalı ilə bağlı səssizliyini pozub.

Aparıcı evlilik proqramının iştirakçısı ilə bağlı məsuliyyət daşımadığını bildirib:

"Son zamanlar saytlarda ötən mövsüm aparıcılıq etdiyim verilişin iştirakçıları barədə xəbərlər yazırlar. Daha əvvəl dediyim kimi proqramın rəhbəri mən, ərim və ailəmdən biri deyil. Yəni, günahkar mən deyiləm, məsuliyyəti layihəni ərsəyə gətirən şirkət daşıyır. Mənim adımı onlarla hallandırmayın".