Malayziyada bir məktəbdən yüksələn alovlar böyük faciəyə səbəb olub.

Reuters xəbər agentliyi paytaxt Kuala Lumpurda səhərə yaxın çıxan yanğında ən azı 24 nəfərin həyatını itirdiyini bildirib. Həyatını itirən 22 şagirdin yaşları 13 ilə 17 arasında dəyişir.

Sübh azanı oxunan zaman rayon sakinləri məktəbin ən üst qatından alovların qalxdığını görüb. Yerli media uşaqların yardım səslərinin ətrafdakı binalardan eşidildiyini deyib.

Çəkilən şəkillərdə tələbələrin ailələrinin çarəsizcə gözlədiyi və yanğınsöndürmə briqadalarının yanan meyitləri bayıra çıxardığı görünüb.

22 şagird və iki müəllimin öldüyü yanğın Malayziya tarixinin ən pis faciələrindən biri olaraq yaddaşlara yazılıb.