Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanın qadın güləşçisi Mariya Stadnikin qızıl medal qazana bilməməsi, idmançımızda ruh düşgünlüyü yaratdı. O, gümüş medala layiq görülsə də əhvalının yaxşı olmaması, diqqətlərdən yayınmadı. Azərbaycanın peşəkar klinik-psixoloqlarından olan Xarirə Səfərova "6 Dəqiqəlik Həyat Dərsi" yazısı hazırlayaraq, Mariyaya dəstək olduğunu nümayiş etdirib. PrimeTime.Az bu məqaləni oxucuları üçün yayımlayır: 

1.Bu dünyada sənə verilən bədən-Onu sən bəyənə də bilərsən bəyənməyə də. Lakin səndə olan elə budur.

2.Bu dünyanın Həyat adlı məktəbində oxumaga məhkumsan.Hər bir insan və hər bir hadisə sənin universal müəllimindir.

 3.Səhvlər mövcud deyil - sadəcə dərslər var. Gunahsız qurbanda yoxdur - çünkü hər kəs tələbədir.

4.Dərslər öz şəklini, formasını tam alana qədər təkrarlanacaqdır.

Daxili dünyanı dəyişsən - xarici dünyan da dəyişəcək və sonunda istədiyin şəkli alacaqsan! Bernar Verber. Bernar Verberin "Həyat instruksiyası" baxışları ilə mövzumuza başlayaraq 6 dəqiqəlik həyat dərsindən 2016 cı il Rio da güləş üzrə finala çatan hörmətli Mariya Stadnikin dünən bütün dünyaya sərgilədiyi həyat fəlsəfəsindən yazmaga qərar verdim. Mariya Stadkin və rəqibi Eri Tosakanın 6 dəqiqəlik həyat dərsi. Mən nə hakiməm,nə idmancı -sadəcə tamaşaçıyam.Bəlkə biraz tamaşaçılardan fərqli olaraq klinik psixoloq oldugumdan gördüklərim duyduqlarım öz daxili filtrimdən analizssiz ötüşmür.

Bu tarixi anı mən uduzmaq kimi qiymətləndirmirəm.Yuxarıda qeyd etdiyim kimi mənim üçün uduzmaq mövcud deyil,sadəcə dərs almaq var. Dünyada ən acı hisslərdən biri peşmançılıq hissidir.Cobi Xaroldun-"Narkoz" filmində peşmançılıq hissinin təvsiri kimi bənzətmə etsək-mənəvi agrı-fiziki agrıya bərabərdir.Filimdə oglan verdiyi yalnış qərara görə ölümlə üzləşir.Peşmanşılıqdan qəlbi yerindən çıxır sanki,və elə əməliyyat məhs qəlbinin üzərində gedir.Peşmanşılıq hissi elə bir duygudur ki,narkozsuz əməliyyata bənzəyir.Həyatda ən güclü insanlar belə bu duyguya məruz qalıblar.Acılarla üzləşmək insanın daxili gücünü alaraq onu müvəqqəti "sönük" rejimində saxlayır və nəticədə zamandan vaxtdan gedir.

Mariyanın sərgilədiyi dərsdə -psixoloji incəliklərdən istifadə edə bilməməyi açıq aydın görünürdü.Oyuna başlayandan aralarındakı dialoqu özləri yazdılar.Mariya rəqibinə özünü qurban qismində qələmə verdi-Tosaka isə anı yaxaladı.Başından qərar verdi ki,sən mənim tələmdəsən.Tosaka rəqibinin zəif nöqtəsini tutdu.Beləliklə ip Tosakada oldu və Mariyanı çırpınmaqdan çox yordu. İnsan elə yaradılıb ki,ona idarəetməsi üçün enerji gücü verilib.Bu enerji insanın daxili resurslarını önə çıxarır .Enerji tükənməsi isə insanı halsız və ruhsuz edir.Bu dərsdə Mariya indiki andan çıxmışdı və enerjisinin 6 dəqiqəyə yetəcəyini düşünürdü - çünkü sərf etdiyi gücə yox illyuziyasına inanırdı.İnsanın enerjisini tükədən amillərdən biridə illyuziyadır.Mariya illyuziyasında medalı qazanmışdı və buna görədə davranışlarını indiki ana sıgdıra bilmirdi.

Rəqibi isə sadəcə anı hiss edərək enerjisini qoruyurdu.Mariya tükəndi və rəqib də elə bunu istəyirdi.Həyatda belədi-çırpınmaq yaşamaq deyil sadəcə enerji tükənimidir.Yerləşdirdiyim şəklə fikir versəz Tosaka rahat və konsentrasiyasi rəqibindədir,lakin Mariya müqavimət göstərərək özünü müdafiə edirdi.Bir detalıda açıqlayacam ki,Mariya çox yorgun idi.Tosaka isə bu andan həzz alırdı.Heç bir zaman fiziki güc mənəvi gücə qələbə çala bilməyib. Kristiano Ronaldonun üzərində araşdırma aprıblar və qələbəsinin səbəbini tapıblar.Futbol əsnasında başına kamera taxıb onun oyununu izləyiblər.Oyunda bütün oyuncular topa baxaraq topun ardi ilə qaçırdılar -lakin Ronaldo yoldaşlarından fərqli olaraq topa deyil də,oyuncuların ayaqlarına diqqət yetirirmiş. Beləliklə son 3 saniyə! Mariyanın illyuzıya gücü onun "hər saniyənin bir hökmü var "-devizindən qopardır və 3 saniyəsində başından yazdıgı "qurban" roluna düşür-situasiyanın içində.

Son olaraq onu vurgulamaq istərdim ki,biz hər birimiz özümüz yazdıgımız senarilərin ya qəhrəmanıyıq və ya qurbanı. Stiven Spilberqin "The Mist" -Duman filmindəki qəhrəmanları kimi.Vəhşilərdən özünü qorumaq üçün nə çətinliklərdən keçir və nə risklər edir ki, özünü və yaxınlarını xilas etsin.Filmin qəhrəmanı var gücü ilə final nöqtəsinə yaxınlaşır və son saniyədə -xilas olduguna əmin olmadıgından yaxınlarını əzab çəkməsin deyə -öz gücünə yox illyuziyasının qurbanına çevrilir.Tam məqsədinə yetişən an yalnış qərarının qurbanı olur. Həyatda ən vacib olan -özünü və ətrafı hiss etməkdir.Həyat kədəri və gözəllikləri ilə dolu doludur-düşünməyən şikayət edir,agıllı öyrənir,müdrik isə istifadə edir həyatın verdiyi dərsdən!