Avqustun 19-də "Rio-2016" Yay Olimpiya Oyunlarında boks yarışlarında həlledici döyüşlər davam edir.

PrimeTime.Az AZƏRTAC istinadən xəbər verir ki, Azərbaycan yığmasının üzvü Lorenzo Sotomayor yarımfinal görüşü üçün rinqə çıxıb. Altmış dörd kiloqram çəkidə mübarizə aparan təmsilçimizin Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyanla döyüşüb.

"Baki-2015" birinci Avropa Oyunlarının qalibi rəqibini hər üç raundda məğlub edib. Bununla da, təcrübəli boksçumuz Azərbaycan boks tarixində yeni səhifə açib. Çünki, hələ Olimpiya Oyunlarında indiyədək idmanın boks növündə finalçımız olmayıb.

Qeyd edək ki, Sotomayor yarımfinaladək ukraynalı Vladimir Matviyçuku, fransalı Hassan Amzili və kubalı Yasnier Toledonu mübarizədən kənarlaşdıra bilib.

Boks yığmamızın hesabında isə hələlik bir bürünc medal var. Komandamıza bu mükafatı Kamran Şahsuvarlı qazandırıb.