Güləşçimiz dörddəbir finalda Polşa idmançısı Zbiqnev Mateus Baranovskiyə qalib gələrək yarımfinala yüksəlib. Güləşçimizin yarım finalda rəqibi rusiyalı güləşçi Əbdülrəşid Sədullayevdir.

17:42

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

PrimeTime.Az xəbər verir ki, yarışda 86 kiloqram çəki dərəcəsində çıxış edən Olimpiya çempionumuz Çin idmançısı Bi Şenqfenq ilə qarşılaşıb. Rəqibini məğlub edən Şərif Şərifov dörddəbir finala yüksəlib.