XXXI Yay Olimpiya Oyunlarının finalına yüksəlməklə ən azı gümüş medalı təmin edən güləşçimiz Xetaq Qazyumov həlledici qarşılaşmada ABŞ idmançısı Kayl Frederik Snayder ilə üz-üzə gələcək.

Final qarşılaşması Bakı vaxtı ilə təxminən saat 22:15-da başlayacaq.

 

16:50

Xetaq Qazyumov dörddəbir finalda özbəkistanlı Maqomed İbrahimovu 10:3 hesabı ilə məğlub edərək yarımfinala vəsiqəni təmin edib. 

Xetaq Qazyumov (97 kq) səkkizdəbir finalda İran təmsilçisi Reza Məhəmməd Əli Yəzdani ilə qarşılaşmadan 2:1 hesabı ilə qalib ayrılaraq adını dörddəbir finala yazdırıb.

16:01

Avqustun 21-də "Rio-2016" Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarında Azərbaycan yığmasının üzvü - 97 kiloqram çəki dərəcəsində Xetaq Qazyumov medal uğrunda mübarizəyə qoşulub.

X.Qazyumov onaltıdabir final mərhələsində Polşa təmsilçisi Radoslav Baranla qarşılaşıb. Görüş təmsilçimizin 3-0 hesablı qələbəsi ilə başa çatıb.