Toğrul Əsgərov yarımfinalda italiyalı Frank Markez Kazimoya 7-4 hesabı ilə qalib gələrək finala yüksəlib. 

16:55 

London Olimpiadasının qalibi Toğrul Əsgərov dörddəbir finalda ABŞ idmançısı Frank Anyello Molinaro üzərində 10:0 hesabı ilə təmiz qələbə qazanaraq yarımfinala yüksəlib. 

16:01 

Avqustun 21-də "Rio-2016" Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarına 65 kiloqram çəki dərəcəsində idmançımız Toğrul Əsgərov Olimpiadanın son günündə mükafat uğrunda yarışa qoşulub.

Toğrul Əsgərov səkkizdəbir finalda ukraynalı Andrey Kvyatovsk üzərində 12-2 hesabı ilə təmiz qələbə qazanıb.