Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında Azərbaycan atleti Elmir Cəbrayılov 400 metr məsafəyə qaçış yarışlarında yarımfinala yüksəlib.

PrimeTime.Az AZƏRTAC-a istinadən xəbər verir ki, 15 atletin mübarizə apardığı təsnifat mərhələsində atletimiz məsafəni 49,74 saniyəyə qət edərək ümumi sıralamada 5-ci pillədə qərarlaşıb və növbəti mərhələyə yüksəlib.