17:29

Sentyabrın 8-də Azərbaycan cüdoçusu Ramin İbrahimov (60 kq) Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarının cüdo yarışlarında mübarizəyə qələbə ilə başlayıb.

PrimeTime.Az AZƏRTAC-a istinadən xəbər verir ki, yarışlara 1/16 final mərhələsindən başlayan paralimpiyaçımız Eduardo Qautoya qalib gəlib.

İdmançımız dörddəbir finalda Qazaxıstan təmsilçisi Anuar Sarıyev ilə üz-üzə gələcək. 

18:35

Cüdoçumuz Ramin İbrahimov qazaxıstanlı Anuar Sarıyevə qalib gələrək yarımfinala yüksəlib. Qızıl medala gedən yolda cüdoçumuzun rəqibi özbəkistanlı Şerzod Namazov olacaq.

19:35

Yarımfinalda Özbəkistan idmançısı Şerzod Namazova məğlub olan Ramin İbrahimov bürünc medal uğrunda yarışacaq.