Cüdoçumuz Ramil Qasımov (73kq) "Rio-2016" XV Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, ilk mərhələdən azad olan cüdoçumuz dörddəbir finalda Kuba təmsilçisi Gerardo Rodriqezi məğlub edərək yarımfinala yüksəlib. Almaniya təmsilçisi Nikolay Kornhassa qalib gələn cüdoçumuz finala yüksəlib və qızıl medal uğrunda görüşdə Ramil Qasımovun rəqibi Dmitri Solovey (Ukrayna) olub. Rəqibini məğlub edən Ramil Qasımov XV Yay Paralimpiya Oyunlarının qızıl medalına sahib olub.

Qeyd edək ki, Rio Paralimpiadasının ilk günündə 66 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Bayram Mustafayev gümüş medal qazanıb.

AZƏRTAC-ın arayışı: 2007-ci ildə keçirilən Universiadanın qalibi olan Ramil Qasımov 2014-cü ildə ABŞ-da təşkil olunan dünya çempionatının qızıl medalını qazanıb. Cüdoçumuz 2013-cü il və 2015-ci il Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.