XV Yay Paralimpiya Oyunlarının atletika yarışlarında Azərbaycanı təmsil edən Kamil Əliyev ölkəmizə beşinci medalı qazandırıb.

PrimeTime.Az AZƏRTAC-a istinadən xəbər verir ki, uzunluğa tullanma yarışında mübarizəyə qoşulan atletimiz 7,05 metr nəticə göstərərək gümüş medala layiq görülüb.